ABŞ qırıcıları Yəmənin Səədə bölgəsinə hücum etdi

ABŞ qırıcıları Yəmənin Səədə bölgəsinə hücum etdi

ABŞ qırıcı təyyarələri Yəmənin şimalındakı Səədə vilayətinin Səhar rayonuna zərbələr endirib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, ABŞ qırıcıları dünən axşam (25 mart)  Yəmən xalqına qarşı cinayətlərinin davamında bu ölkənin şimalındakı Səada vilayətinin Səhər şəhərini 3 dəfə bombalayıblar.

Hələlik bu hücumlar nəticəsində yarana biləcək tələfat və dağıntıların miqyası ilə bağlı heç bir xəbər verilməyib.

Bundan əvvəl ABŞ döyüş təyyarələri Yəmənin Səəda əyalətində xərçəng xəstələrinin müalicəsi üçün ixtisaslaşmış xəstəxanaya hücum edərək tibb mərkəzini tamamilə məhv etmişdi.
ABŞ və İngiltərə sionist rejimə dəstək olaraq 2024-cü il martın 15-də Yəmənə qarşı hava hücumlarına başlayıb və bu ölkənin yaşayış məntəqələri və mülki mərkəzlərini hədəf alıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib