ABŞ qanunvericiləri Rusiyanı Təhlükəsizlik Şurasından çıxarmağı planlaşdırır

ABŞ Konqresi Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başladığına görə BMT Təhlükəsizlik Şurasından çıxarılması barədə qətnamə təklif edib.

Bu təklifə əsasən Birləşmiş Millətlər Təşkilatı Rusiyanı daimi üzvlüyündən çıxarmaqdan ötrü nizamnaməsinin 23-cü bəndinə dəyişiklik etmək üçün lazım olan “tənzimləyici tədbirləri” görməlidir.

Qətnamədə Rusiyanın “Ukraynaya təcavüzü”nə işarə edilib, Moskvanın Donetsk və Luqanskın müstəqilliyini dəstəkləməsinin beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olduğu və Rusiyanın Təhlükəsizlik Şurasının daimi üzvü kimi roluna zidd olduğu bildirilib.

Qanun layihəsini Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Respublikaçı üzvü Klaudiya Toni təqdim edib.

Bu konqresmen ofisinin rəhbəri Nik Stüart deyib ki, Rusiyanın Təhlükəsizlik Şurasından çıxarılması çox böyük iddiadır, lakin bu plan Moskvaya təzyiqi artıra bilər. Onun sözlərinə görə, bu layihə Rusiyaya mesaj vermək üçün hazırlanıb.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya