ABŞ polisinin vəhşicəsinə irqçi rəftarları davam edir

Amerika mediaları los-Ancelesdə bir qaradərili kişinin polis tərəfindən elektroşik cihazı ilə öldürüldüyündən xəbər verirlər.

Fars İsnformasiya Agentliyinin verdiyi məlumata əsasən, deyilənlərə görə öldürülən 31 yaşlı şəxs “Black Lives Matter” Hərəkatı banisinin yaxın qohumlarındandır.

Bu məlumata görə 3 yanvar tarixində Los Ancelesdə bir avtomobil qəzasından sonra baş verən qarşıdurmada polis Keynan Andersona qarşı elektroşok cihazından istifadə edib və nəticədə o, vəfat edib.

CNN-nin yazdığına əsasən elektroşokdan sonra K.Andersonun vəziyyəti pisləşib və xəstəxanaya köçürüldkdən sonra kliniki ölüm keçirib.

“Black Lives Matter” qaradərililərin hüquqlarını qoruyan bir təşkilatdır və K.Anderson hərəkatın banisi Patrice Colorsun xalası oğludur.

CNN yazır: Əldə olan videomateriallara  əsasən polis dəfələrlə K.Andersona şok alətindən istifadə edərkən o, polisə bunu bitirməsini xahi edir və xəstəxanaya köçürüldükdən sonra həyatını itirir.

K.Anderson Vaşintonda ingilis dili müəllimi olub və Los-Ancelesə yeni ili keçirmək üçün qohumlarının evinə qonaq gəlibmiş.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Qırmızı dənizdə Amerika qırıcısı vuruldu