ABŞ polisinin iki yeniyetmə arasında irqi ayrı-seçkiliyi + Video

QafqazTimes xəbər verir ki, iki ağ və qaradərili yeniyetmənin davasına Bridgetwater polisinin irqçi reaksiyası manşetlərə çevrilib.

ABŞ polis qüvvələrinin Nyu Cersi ştatında bir ticarət mərkəzində qaradərili yeniyetmə ilə rəftarını əks etdirən videonun yayılması ölkədə növbəti dəfə irqi ayrı-seçkiliyə qarşı etirazlara səbəb olub.

CNN telekanalı bildirib: “Nyu Cersi ştatında bir ticarət mərkəzində qaradərili yeniyetmə ilə ağdərili yeniyetmə arasında davaya polis məmurlarının müdaxiləsini əks etdirən video polisin bu reaksiyasına qarşı hiddətə səbəb olub.”

Məlumata görə, Nyu-Cersi ştatının qubernatoru Fil Morfi bu videonun yayılmasına və polisin ağ və qaradərili yeniyetmələrə qarşı fərqli rəftarına belə reaksiya verib: “Bu irqçi davranışın görünüşü çox fərqlidir və insanı dərindən narahat edir.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri