ABŞ polisi Minneapolisdə daha bir qaradərilini qətlə yetirdi

Qafqaztimes KİV-ə istinadən xəbər verir ki, ABŞ polisinin qaradərililiərə qarşı zorakılığının davamı olaraq  Minneapolisdə, bir qaradərili şəxsi odlu silahdan atəş açmaqla qətlə yetirmişlər.

Əl-Cəzirə telekanalı ABŞ təhlükəsizlik polisinin Minneapolisin cənubundakı “George Floyd” Meydanını polis zorakılığına qarşı etirazçılardan təmizlədiyi gün, şübhəli şəxsin tutulması əməliyyatı zamanı polis, üç uşaq atası olan Viston Buqi Smit adlı 32 yaşlı qaradərili kişini qətlə yetirmişdir.

Minneapolisdə baş verən bu hadisədən sonra şəhərdəki nümayişlər şiddətlənmiş, etirazçılar avtomobilləri və dükanları yandırmış və təhlükəsizlik qüvvələri ilə toqquşmuşlar.

Etirazçılar Minneapolis polisinin son zorakılığına cavab olaraq şəhərin küçələrində toplaşaraq ABŞ polisinə qarşı şüarlar səsləndirmiş, maşınları və zibil qutularını yandırmış və vitrinləri sındırmışlar.

Məlumata görə, Minneapolis etirazçıları Əl-Cəzirə telekanalına cümə gecəsi yenidən şəhər mərkəzində ABŞ polis zorakılığına qarşı nümayiş etməyi planlaşdırdıqlarını bildirmişlər.

Related posts

Niderlandın xarici işlər nazirinin İsrailə səfəri ləğv edilib

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

Britaniya hökuməti Netanyahu və Qallantı həbs etməyə hazırdır