ABŞ: Pentaqonun İraq və Suriya sərhədlərində qüvvələrini gücləndirmə xəbəri yalandıır

Pentaqon rəsmisi İraq və Suriya sərhədlərində Amerika hərbi qüvvələrinin gücləndirməsi xəbərinin absurd olduğunu iddia edib.

Əl aləm telekanalının məlumatına əsasən, ABŞ müdafiə nazirliyinin mətbuat katibi Pat Rayder dünən (17 avqust) müqavimət dəstələri üçün məhdudiyyət icrasın məqsədilə İraq və Suriya sərhədləri ətrafında amerikan hərbi qüvvələrinin qücləndirilməsini təkzib edərək deyib: Irıb dilli medialar tamamilə səhv məlumat yayımlayır. Suriya və İraq sərhədlərində təhlükəsizlliyin qorunmasında Amerikanın heç bir rolu yoxdur.

İraq və Suriyada İŞİD yaraqlılarının yenidən dirçəlməsi barədə suala cavab verən Pat Rayder deyib: Mən Suriyada İŞİD əleyhinə koalisiya qüvvələrinin vəziyyətində heç bir dəyişiklik görmürəm. Hər bir ölkənin sərhəd təhlükəsizliyi o dövlətin vəzifəsidir.

Pat Rayderin bu təkzibi elə bir vəziyyətdədir ki, Beynəlxalq Koalisiya komandanı Matyo Mc.Farlin ötən çərşənbə günü “koalisiyanın tam fokus altında” olduğunu iddia etmişdi. Həmçinin günlərdir ki, Amerikanın Suriya və İraq sərhədlərində hərb potensiallarının artırılması xəbərləri yayımlanmaqdadır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib