ABŞ özünə zərər verdiyi üçün İrana hücum edə bilməz

İran İslami Şura Məclisi xaric siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Amerikanın İrana hücu etməyəcəyini və bunun öz zərərinə bitəcəyi üçün birbaşa müharibədən çəkindiyinə əmin olduğunu deyib.

İran medialarının verdiyi məlumata görə İsmayıl Kövsəri deyib: İran Suriya və İraqda müqavimət dəstələrinə heç bir fərman verməyib. Amma Amerika İranın İraq müqavimətinin hücumlarına müdaxiləsi olmadığını yaxşı bilir. Biz əvvəllər onlara ideya və digər sahələrdə yardım etsək də onlar İran bu məsələdə fərman sahibi deyil.

Xatırladaq ki, Politico qəzeti də bu barədə amerikalı rəsmilərə istinadən Vaşinqtonun Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı hücumlara cavab olaraq İrana birbaşa hücum etməyi planlaşdırmadığını elan edib.

Məlumata görə ABŞ rəsmiləri İrana birbaşa zərbə Vaşinqton tərəfindən planlaşdırılan hər hansı cavab addımın tərkib hissəsi olmadığı deyilir. Qəzet həmçinin ABŞ prezidenti Cozef Baydenin köməkçilərinin İrana zərbə endirmək variantlarını təklif edib-etmədiyini də bilmir.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır