ABŞ nümayəndələr palatasının vəzifədən kənarlaşdırılması haqda petisiya verilib

Amerika respublikaçılarının bir nümayəndəsi Palata spikeri Kevin Makkartinin vəzifədən uzaqlaşdırılması üçün petisiya verdiyini elan edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Respublikaçılar Partiyasının ABŞ Konqresinin Nümayəndələr Palatasındakı nümayəndəsi Mett Gets Kevin Makkartini tutduğu vəzifədən uzaqlaşdırmaq üçün petisiya verdiyini elan edib. Onun sözlərinə görə, spiker hökumətin maliyyələşdirilməsinin uzadılması ilə bağlı yalan danışıb.

Məlumata görə bu petisiya əsasında Konqresdə yaxın günlərdə səsvermə keçiriləcək.

Assosiated Pressin məlumatına görə Getz bir neçə aydır ki, Makkartinin qanuni kənarlaşdırılması barədə təhdidlərlə gündəmdədir. Amma ötən həftə Makkarti ABŞ-ın müvəqqəti büdcəsinin təyini barədə layihəni təsdiqlədikdən sonra bu təhdidlər daha da şiddətlənib.

Getz mətbuat konfransında deyib ki, Makkartinin Konqres spikerliyindən uzqlaşdırılması tələbi eks-prezident Donlad Trampla məsləhətləşmələri ilə əlaqəlidir.

Qeyd edək ki, Makkarti ötən yanvar ayında Getsi razı salmaq üçün daha 5 respublikaçının Konqresə daxil olmasına icazə vermişdi. Amma indi demokratların dəstəyinə ehtiyacı daha çoxdur.

Makkarti müsahibəsində Getsə xitabən deyib ki, “Gəlin idarə etməyə başlayaq. Əgər o, bizi iqtisadiyyatı bağlamağa sövq etməyə çalışdığı üçün əsəbləşibsə və mən hökumətin bağlanmadığına əmin olmuşamsa, o zaman bu barədə danışaq”.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib