ABŞ müdafiə naziri sionist həmkarına təşəkkürlə zəng etdi

ABŞ müdafiə naziri sionist rejim müharibə nazirinə zəng edərək Həmasın Əl Əqsa Tufanı əməliyyatı və rejimin cavabları barədə danışıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Llyod Austin sionist müharibə naziri Yoav Qalanta zəng edib bir daha Amerikanın əlindən gələn dəstəyi verəcəyini vurğulayıb.

Məlumata görə “The Guardian” məcmuası yazır ki,  dünən (21 oktyabr) Misirin paytaxtı Qahirədə verilən qərara əsasən, BMT, Misir, İsrail və ABŞ arasında aparılan danışıqların ardından açılan keçid məntəqəsindən tibbi vəsaitlər daşıyan 20 yük maşını Qəzzaya daxil olub. BMT rəsmisinin açıqlamasına görə, bazar ertəsinə qədər başqa humanitar yardımın göndərilməsinə icazə verilməyəcəyi gözlənilir.

İsrail höküməti növbəti yardımların göndərilməsi üçün humanitar ehtiyacların HƏMAS-ın əlinə keçmədiyinə dair sübutların ortaya qoyulmasını tələb edir.

Əlbəttə xəbərdə ABŞ müdafiə naziri bu koordinasiya üçün sionist əməkdaşına təşəkkür etdiyi də deyilir.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib