ABŞ Mərkəzi Komandanlığının rəhbəri: İranla bağlı hərbi variant gündəmdədir

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri bildirib ki, İranla bağlı hərbi həll yoluna əl atmaq mümkündür və bu istiqamətdə prezidentə və müdafiə nazirinə geniş çeşiddə variantlar təqdim edilib.

O, sionist rejimin İrana hücumunun bölgədəki Amerika qüvvələrinin təhlükə ilə üz-üzə qalmaq riskini artıracağını da vurğulayıb.

“Axios”un ABŞ və İsrail rəsmilərinə istinadla yaydığı məlumata görə:

Benya­min Netanyahu Donald Trampa İranlıların “vaxtı uzatdığını” və onlara “ciddi şəkildə hərbi təhdid edilməli” olduğunu deyib.

Lakin Tramp Netanyahu-nun arqumentlərini inandırıcı hesab etməyib.

O, İranlıların inadkar olduğunu və onların davranışlarından məyus olduğunu bildirib.

Tramp, qarşıdakı danışıqlar raundunun nə ilə nəticələnəcəyini görmək istəyir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib