ABŞ koalisiyasına məxsus pilotsuz təyyarə Ərbildə qəzaya uğrayıb + Video

QafqazTimes xəbər verir ki, İraq mediası ötən gün (28 mart çərşənbə axşamı) Kürdüstan bölgəsinin mərkəzi olan Ərbil şəhərinin ərazilərindən birində pilotsuz təyyarənin qəzaya uğraması barədə məlumat yayıb.

“Shafaq News” xəbər agentliyinin məlumatına görə, məlumatlı mənbə bildirib ki, bu pilotsuz təyyarə Ərbil şəhərindəki Sibiran kompleksində bir evin üzərinə düşüb. Hadisə nəticəsində itki yoxdur.

Bu məlumatlı mənbə, vurulan pilotsuz təyyarənin İraqda mövcud olan Amerika koalisiyasına aid olduğuna diqqət çəkərkən deyib: Yardım qüvvələri təhqiqata başlamaq üçün gecə qəza yerinə gəlib.

Ərbil daxili təhlükəsizlik qüvvələrinin sözçüsü polkovnik Sabah Xızr isə Ərbildə Amerika koalisiya qüvvələrinə məxsus bu pilotsuz təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını açıqlayıb.

O, bu təyyarənin təlim missiyasını yerinə yetirdiyini izah edərək qeyd edib ki, bu pilotsuz təyyarənin yaşayış kompleksinin həyətinə düşməsi nəticəsində evə maddi ziyan dəyib və ərazidə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Qeyd edək ki, Bağdad hökumətinin rəsmiləri bu əcnəbi hərbçilərin bu ölkə ərazisindən çıxarılması tələbi ilə bağlı Ağ Evə dəfələrlə məlumat verməsinə baxmayaraq, Amerika koalisiyasının İraqdakı fəaliyyəti hələ də davam edir.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur