ABŞ: İsrailin Rəfəhə hücumu Həması məğlub etməyəcək

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İsrailin Qəzza zolağının Rəfah şəhərində böyük hərbi əməliyyatı HƏMAS hərəkatının mövqelərini gücləndirəcəyini deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Con Kirbi bu gün (9 may) deyib: Rəfəhdə hərbi əməliyyat Vaşinqton və Tel Əvivin Həması məğlub etmək barədə planını puça çıxaracaq.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə daha sonra deyib: Vaşinqton Rəfəh əməliyyatı barədə İsraillə danışıqlar aparır və ABŞ Tel Əvivə Həmas liderlərini ələ keçirmək üçün yardım edir və bu Rəfəhə hərbi əməliyyatdan daha önəmlidir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib