Sionist medialarından biri Amerikanın İsraildən Fələstin Özünüidarə təşkilatının hərbi cəhətdən gücləndirilməsini istəyini ifşa edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Walla Newsun dünən (15 dekabr) yayımladığı məlumatda deyilir: Vaşinqton Fələstin Özünüidarə Təşkilatının hərbi sahədə vaxt itirmədən gücləndirilməsi üçün İsraillə müzakirələr aparmaqda israrlıdır.
Walla Newsun müxbiri Barak Ravid yazır: FÖT fələstinli müqavimət dəstələri əleyhinə Cenin düşərgəsinə əməliyyatı sayəsində ABŞ dövləti İsraildən bu təşkilatı hərbi cəhətdən yardımlar etməsi və onların bu sahədə gücləndirilməsini istəyib.ABŞ İsraildən onu da istəyib ki, FOT-nı modern hərbi texnika ilə təmin etsin və dərhal onlara silah-sursat verib onların belə əməliyyatlar keçirməsinə şərait yaratsın. Çünki hal-hazırda FOT Cenin şəhərində müəyyən təhlükəsizlik əməliyyatları ilə məşğuldur və müqavimət dəstələri ilə mübarizə üçün onlara silah-sursat vermək zəruridir.