ABŞ İraqda casusluq fəaliyyətini gücləndirib

QafqazTimes xəbər verir ki, Əl-Məlumə xəbər agentliyinin məlumatına görə, İraqın qərbində yerləşən Əl-Ənbar vilayətindəki bir təhlükəsizlik mənbəsi Amerika təyyarələrinin Eynul-Əsəd bazası üzərindən Suriya ərazilərinə doğru görünməmiş kəşfiyyat əməliyyatı keçirdiklərini açıqlayıb.

Adının çəkilməsini istəməyən bu mənbə əlavə edib: “Amerika qüvvələri “Hit” bölgəsində yerləşən “Əl-Bağdadi” bölgəsindəki Eynul-Əsəd aviabazası üzərində, görünməmiş kəşfiyyat əməliyyatı keçirib və eyni zamanda bir neçə döyüş təyyarəsi də bu bazaya enib. Amma bu addımların məqsədi və bu təyyarələrin baza daxilində nə daşıdığı barədə ətraflı məlumat verilməyib.

Bu mənbə həmçinin qeyd edib: “Qeyd olunan bölgələrdə yerləşdirilmiş təhlükəsizlik qüvvələrinin kəşfiyyat əməliyyatının və təyyarələrin baza binasına enişinin səbəbləri bəlli deyil, lakin Əl-Ənbarda təhlükəsizlik vəziyyəti sabitdir və bu əyalətdə uzun müddət ərzində heç bir təhlükəsizlik pozuntusu qeydə alınmayıb.”

Qeyd edək ki, Amerika qüvvələri daha əvvəl Əl-Ənbarın qərbindəki Eynul-Əsəd aviabazasında qabaqlayıcı tədbirləri gücləndirib və hərbi maşınların onların yerləşdiyi yerə yaxınlaşmasının qarşısını alıb. Son aylarda Suriya və İraqın sərhəd bölgələrindəki ABŞ hərbi bazaları görünməmiş aktivliyə şahiddir. Buna baxmayaraq bu bazalar zaman-zaman raket hücumlarına məruz qalır.

Related posts

Şəhid gedəndə…

Suriya yeganə ərəb dövləti idi ki…

Şəhadətdən qabaq…