ABŞ: İranla heç bir razılıq əldə edilməyib

ABŞ dövlət departamenti İranla hər hansı bir sövdələşmənin əldə edildiyi xəbərini təkzib edərək deyib: Mediada bu barədə yayımlanan bütün xəbərlər həqiqətə uyğun deyil.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, ABŞ dövlət departamenti sözçüsü Metyu Miller İranla Əhatəli Müştərək Təşəbbüs Proqramına aid Amerika ilə sövdələşmənin baş tutması və bir sıra razılıqlar əldə edilməsi xəbərini təkzib edib.

Məlumata görə Metyu Millerin təkzibindən bir saat əvvəl ABŞ mediaları ABŞ-İran sövdələşməsində müəyyən razılıqların əldə edildiyi xəbəri yayılıb. Bu xəbərdə İranın 60%-dən çox uran zənginləşdirməyəcəyi barədə öhdəliyi, məhbus mübadiləsi və İranın ABŞ-da bloklanmış bir sıra mal varlığının geri qaytarılması məsələsi gündəmə gətirilib.

Miller çıxışında deyib: Dünən qeyd etdiyim kimi, İranın nüvə proqramı zəminində heç bir razılaşma və hər hansı bir sövdələşmə yoxdur. Bu xəbərlər həqiqətə uyğun deyil.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib