ABŞ-İngiltərə koalisiyası Yəməni hədəfə aldı

ABŞ-İngiltərə koalisiyası Yəməni hədəfə aldı

Amerika-İngiltərə koalisiyası Yəmənin Həccə əyalətinin bir sıra məntəqələrinə hərbi hücumlar həyata keçirib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejim dəstəkçiləri olan ABŞ-İngiltərə koalisiyası dünən axşam (4 iyul) vaxtlarında Yəmənin qərb bölgələrinə aviazərbələr endiriblər.

Yəmən medialarının məlumatına görə düşmən koalisiya qüvvələri 2 dəfə Yəmənin Meydi əyalətinin Bəhis şəhərini hədəfə tutublar.

Xatırladaq ki, may ayının 21-də BMT Təhlükəsizlik Şurası Amerika və Yaponiyanın təklifi əsasında Qırmızı dənizdə təhlükəsizliyin təmin olunması bəhanəsilə Yəmən əleyhinə qətnamə təsdiqləyib. Bu qətnamə Rusiya, Çin və Əlcəzairin mənfi rəyinə rəğmən 11 ölkənin razılığı ilə təsdiqlənib.

Bu qətnamə Amerika və İngiltərəyə İsrail rejimini dəstəkləmək üçün bəhanəni daha da artırıb və Yəmən topraqlarına təcavüzlərinə yaşıl işıq yandıırb.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir