Keçmiş Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın dünən gecə Yəmənə qarşı təcavüzünə münasibət bildirərək bu hücumların İsrail rejiminin Qəzzada hərbi cinayətlərinin təkrarı olduğunu vurğulayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Xarici İşlər Nazirliyinin keçmiş sözçüsü Nasir Kənani bu gün (16 mart) X sosial media yazıb: ABŞ-ın Yəmənin müxtəlif şəhərlərinə dünən gecəki raket hücumları İsrailin Qəzzadakı müharibə cinayətlərinin təkrarıdır. Alovlandırıcı ritorika Amerikanın xarici siyasətinin mahiyyətindən ayrılmazdır və onlar uzun illərdir ki, dünyada etibarsızlıq və terrorizmin yayılmasında ən mühüm amili kimi tanınır.
Xatırladaq ki, dünən gecə ABŞ və Böyük Britaniyanın Yəməndəki bölgələrə təcavüzü nəticəsində azı 31 şəhid olub və 101nəfər yaralanıb.