2026-cı il maliyyə ili üçün müdafiə büdcəsi müzakirələrində “Qızıl Günbəz” (Golden Dome) hava hücumundan müdafiə sistemi başlıqlarda yer alır. Lakin bunun kölgəsində səssiz, lakin təhlükəli bir böhran gizlənir: ABŞ-ın sürətlə kiçilən döyüş təyyarəsi parkı.
Hazırda ABŞ Hərbi Hava Qüvvələri müasir tarixdəki ən kiçik heyətə malikdir və eyni anda həm ölkəni müdafiə etmək, həm də qlobal səmanı nəzarətdə saxlamaq imkanından məhrumdur. Daha pisi isə — çoxillik döyüş təyyarəsi satınalma planları yoxdur.
Yeni təhdidlər — yeni həllər tələb edir
İranın 2024-cü ildə sionist rejimə qarşı həyata keçirdiyi dron və raket hücumu ABŞ üçün həyəcan siqnalı oldu. Bu hücum zamanı ABŞ və İordaniya qırıcıları tərəfindən dəstəklənən F-35-lər yüzlərlə hədəfi yerüstü müdafiə sistemlərinə çatmadan əvvəl havada məhv etdi.
Nəticə aydındır: döyüş təyyarələri ilk və ən çevik müdafiə xəttidir.
Hazırda ucuz, radara görünməyən dronlar və qanadlı raketlər ABŞ ərazisi üçün Soyuq Müharibədən bəri görünməmiş səviyyədə daimi təhlükə yaradır. Yerüstü sistemlər (Patriot, THAAD, Aegis) artıq Ukrayna cəbhəsində zəifliyini göstərib. Onlar nə sürətlə hərəkət edə, nə relyefi aşa bilirlər, nə də vizual olaraq hədəfi təsdiqləyə bilirlər.
Amerikanın hava üstünlüyü əriyir
Təhdidlərin artdığı bir vaxtda ABŞ Hərbi Hava Qüvvələrinin gücü tarixinin ən aşağı nöqtəsindədir:
- Yalnız 1/3 hissəsi 5-ci nəsil qırıcıdır (F-22 və F-35), qalanları köhnəlmiş 4-cü nəsil təyyarələrdir.
- Hərbi Hava Qüvvələri yalnız mövcud — və artıq kifayət etməyən — səviyyəni qorumaq üçün belə ildə 72 yeni qırıcı almalıdır.
- 2025-ci il büdcəsində nəzərdə tutulan sayı? Yalnız 42 ədəd F-35A.