ABŞ-ın Suriyadakı Koniko hərbi bazasına 3-cü hücum həyata keçdi

ABŞ-ın Suriyadakı Koniko hərbi bazasına 3-cü hücum həyata keçdi

İnformasiya qaynaqları işğalçı Amerikanın Suriyadakı Koniko qaz yatağı ərazisindəki hərbi bazasına 3-cü hücumun həyata keçməsindən xəbər verirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Suriya mediası bu gün (28 iyul) son 24 saat ərzində bu ölkənin Deyrəz Zur əyaləti, Şərqi Rəyf  şəhəri ərazisində yerləşən və amerikalıların işğalında olan Koniko qaz yatağı məntəqəsindəki hərbi bazaya 3 hücumun həyata keçdiyindən xəbər verirlər.

Əl Məyadin telekanalının müxbiri hədəfə düçar olan amerikalıların dərhal hərbi bazanın ətrafına alovlandırıcı bombalar yağdırdığı barədə məlumat verib.

Məlumata görə 3-cü hecumdan sonra ABŞ hərbi helikopterləri Deyrəz Zur səmasında uçuşmağa başlayıb.

Xatırladaq ki, dünən (27 iyul) “İraqın İslam Müqaviməti” şiə hərəkatının silahlıları ABŞ-nin Suriyadakı hərbi bazasına iki dəfə hücum edib. 

Suriya İnsan Haqları Müşahidə Qrupunın məlumatına görə, son 24 saat ərzində “İraqın İslam Müqaviməti” şiə hərəkatının silahlıları Suriyanın Deyrəz Zur əyalətində Koniko qaz yatağı yaxınlığında ABŞ hərbi bazasına iki dəfə zərbə endirib.

Qeyd olunub ki, sözügedən bazaya 10-dan çox raket atılıb. Buna cavab olaraq, ABŞ ordusu müqavimət qruplarının nəzarətində olan ərazilərə hava hücumları təşkil edib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir