ABŞ-ın Suriyadakı hərbi bazasına dron hücumu

ABŞ-ın Suriyadakı hərbi bazasına dron hücumu

İnformasiya qaynaqları Suriyanın Deyrəz Zur vilayətindəki Əl Omar neft yatağındakı Amerikanın hərbi bazasına dron hücumlarından xəbər verirlər.

İRNA-nın məlumatına əsasən, Əl Məyadin telekanalı bu gün (28 oktyabr) deyib: Müqavimət dəstələri bu gün Amerikanın ən böyük neft yatağı olan Əl Omar ətrafındakı hərbi bazasını hədəfə aldı.

Bəzi qeyri-rəsmi qaynaqlar dron hücumunun İraq müqaviməti təfərindən hədəfə alındığını desələr də, hələ heç kəs bu hücumun məsuliyyətini öz üzərinə götürməyib və detallı məlumat da verilməyib.

Suriya dövləti dəfələrlə Amerika hərbçilərinin bu ölkənin şimal-şərqində qeyri-qanuni olaraq nefti qarət etməkdən başqa heç bir məqsədi olmadığını elan edib.

Qeyd edək ki, 2018-ci ilin payızında İŞİD terrorçularının Suriyada məğlubiyyətindən sonra ABŞ hərbçiləri onların yerinə keçərək bu ölkənin təbii sərvətlərinin qarəti ilə məşğuldur.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir