ABŞ-ın səsdən sürətli raket sınağı uğursuz oldu

Qafqaztimes xarici KİV-ə istinadən xəbər verir ki, mətbuatlar çərşənbə axşamı günü ABŞ Hərbi Hava Qüvvələrinin səsdən sürətli raket sınağının uğursuz olduğunu bildiriblər.

Rusiyanın “Sputnik” xəbər agentliyi 5 aprel günü ABŞ-ın səsdən sürətli raketinin sınaqdan keçiriməsinin uğursuzluqa nəticələndiyini bildirib. Bu raket “B-52 Stratofortress” bombardmançısından atılmalı idi.

Amerikanın “Drive” jurnalı da ABŞ-ın səsdən sürətli raketinin atəş edilməsinin ilk sınağının uğursuz olduğunu yazıb. AGM-183 adlandırılan bu raketin atılması təyyarənin texniki qüsuru səbəbindən uğursuz olmuşdur. Bu uğursuz sınaq ABŞ-ın Sakit okeanındakı raket sınaq mərkəzində həyata keçirilmişdir.

Layihənin uğursuz olduğunu təsdiqləyən ABŞ Hərbi Hava Qüvvələri, bu layihədə bir raket gücləndiricisinin sınaqdan keçirilməli olduğunu açıqlayıb.

Bir halda ki, Rusiya prezidenti bir müddət öncə ölkəsinin səsdən sürətli raketlər istehsalına toxunaraq, ölkənin silahlı qüvvələrinin ən inkişaf etmiş silahlarla təchiz olunduğunu xəbər vermişdi.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək