ABŞ-ın raket bazasında ölümcül helikopter qəzası + Video

QafqazTimes xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmiləri bildiriblər ki, içərisində dörd ordu podratçısı olan Sikorsky S-61 helikopteri Havay adalarının Kauai adasındakı Sakit okean raket bazasına düşüb.

Media mənbələrinin məlumatına görə, ABŞ Ordusu və Hərbi Dəniz Qüvvələrinin podratçısı olan “Croman” şirkətinə məxsus helikopter Havay ştatında təlim missiyası zamanı ölümlə nəticələnən qəzaya uğrayıb.

Sputnik xəbər agentliyinin məlumatına görə, Sikorsky S-61 helikopterinin Kauai adasındakı “Sakit Okean Raket Bazasında” qəzaya uğraması nəticəsində ordunun 4 podratçısından ibarət olan helikopterin bütün sərnişinləri həlak olub.

ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, helikopter qəzasında həlak olanlar hərbçilər deyillər. ABŞ rəsmiləri qurbanların adları və şəxsiyyətləri ilə bağlı əlavə məlumat verməyiblər.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Sakit Okean Raket Bazası helikopterin qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmalara başlayıb. Raket bazası Kauai adasının qərbində yerləşir və bu bazada raketdən müdafiə sınaqları və təlimlər həyata keçirilir.

Related posts

BMT İsrailin Fələstin torpaqlarından çıxmasını tələb edən qətnamə qəbul edib

Livan sionist qəsəbələrində əməliyyatlar keçirdi

İsrail Livana kiberhücmla bir daha zəifliyini sübut etdi