ABŞ-ın keçmiş prezidneti Donald Tramp Co Baydenin korrupsiyalarını ört-basdır etməkdə respublikaçı senatorları tənqid edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Tramp “Trurh Sosial” hesabında Baydeni Amerika tarixində ən korrupsioner prezident olduğunu elan edərək yazıb: Baydenin fəsadları inkaredilməzdir və bu haqda günü-gündən daha çox faktlar üzə çıxır.
Tramp 49 respublikaçı senatorun Baydeni sual altına almama cəhdlərinə tənqidlə yanaşaraq deyib: Bütün bu dəhşət doğuran faktlara baxmayaraq onlar sükut edir.
O, radikal solçu, faşist və marksist adlandırdığı Co Bayden barədə Senata xitabən deyib: Senat başçıları nə üçün Amerika əleyhinə işləyənlərin tənqidinə qalxmır?
Xatırladaq ki, özünün Amerika məhkəmələrində saysız-hesabsız korrupsiya dosyeləri olan siyasətçi tacir vurğulayıb: Axı Amerika Senatorluğun Bayden əleyhinə tənqidləri üçün nəyi gözləyir?