Əgər ABŞ hərbi əməliyyat elan edərsə, bu, aşağıdakı ssenarilər üzrə baş verə bilər:
- Uydurulmuş bəhanələr
Hücum başlamazdan əvvəl ABŞ-a “müharibə səbəbi” (casus belli) lazımdır. Tramp üçün bu, yəqin ki, “İranın nüvə silahı əldə etməsinin qarşısını almaq” bəhanəsi olacaq. Amma həm BMT-nin Atom Enerjisi Agentliyi (IAEA), həm də Trampın öz kəşfiyyat rəhbəri bildirib ki, İranın nüvə silahı üzərində işlədiyinə dair HEÇ BİR sübut yoxdur.
Tramp həmçinin “ən yaxın müttəfiqimizi qorumaq” bəhanəsinə də əl ata bilər. Amma onun seçici bazası bunu dəstəkləmir: Economist/YouGov sorğusuna görə amerikalıların 60%-i və respublikaçıların 53%-i İrana hücuma qarşıdır.
- Saxta bayraq əməliyyatları?
Pentaqonun sabiq analitiki Karen Kwiatkowski, ABŞ-ın müharibəyə sürüklənməsi üçün istifadə oluna biləcək saxta ssenariləri sadalayır:
- ABŞ səfirliyinə və ya hərbi bazasına hücum – günah İranın üzərinə atılır
- ABŞ-da daxili terror aktı və ya sui-qəsd – İran ittiham olunur
- Saxta “çirkli bomba” partlayışı
1. Ssenari: Hava hücumu
ABŞ İrana qarşı Körfəz bölgəsindəki CENTCOM bazalarından istifadə edə bilər:
- Al Udeid bazası (100-dən çox hərbi təyyarə)
- Al-Dhafra bazası (F-22, F-35, RQ-4 pilotsuz uçuş aparatları)
- B-2 və B-52 bombardmançıları – Diego Qarsiya adasında yerləşir
Lakin İsrailin son hava əməliyyatları göstərdi ki, İranda hava missiyaları təhlükəsiz deyil – bir neçə təyyarə vurulub.
Üstəlik, Fordow nüvə obyektinə qarşı “Bunker Buster” bombaları ilə uğurlu hücumun olacağı da ZƏMANƏTLİ deyil.
2. Ssenari: Dənizdən hücum
ABŞ, 5-ci Donanmanın imkanlarından istifadə edərək hücum edə bilər:
- 3–5 ədəd Arleigh Burke sinifli esmines (90–96 Tomahawk raket buraxılış qurğusu)
- Ticonderoga sinifli kreyserlər (122 buraxılış hüceyrəsi)
- Ohio sinifli sualtı qayıqlar (154 Tomahawk), Virginia sinifli hücum sualtı qayıqları (12–40 raket)
İran bu təcavüzə asimmetrik cavabla reaksiya verəcək:
- “Şahid-136”, “Kərrar” və digər PUA-larla sürülü hücumlar
- Sürətli hücum katerləri – artilleriya və torpeda ilə təchiz olunmuş
- Mina yerləşdirə bilən “Qədir” mini-sualtı qayıqları
- Sahil müdafiə raket sistemləri
3. Ssenari: Quru işğalı
Qurudan hücum ABŞ-ı İraq müharibəsindən də betər bir bataqlığa salacaq:
- İran ərazi baxımından 4 dəfə böyükdür, əhalisi ikiqat çoxdur və 650,000-dən artıq əsgəri olan ordusu var.
- Həm də coğrafi baxımdan hər tərəfdən dağlarla əhatə olunmuş bir “qaladır” – müdafiə üçün ideal şəraitdədir.
Belə bir hücum aşağıdakı nəticələrə səbəb olacaq:
- ABŞ bazalarına qarşı qisas zərbələri
- Hörmüz boğazının bağlanması (ucuz neftə əlvida)
- “Müqavimət oxu”nun region boyu hücumları