ABŞ-ın BMT səfiri: Husilər İran raketlərinin köməyi ilə ABŞ Hərbi gəmilərinə və İsrailə hücumlarını davam edirlər

Hazırda ölkəsi 2024-cü ilin dekabr ayı üçün Təhlükəsizlik Şurasına sədrlik edən ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Linda Tomas Qrinfild çıxışında deyib:
Biz uzun müddətdir ki, husilərin (Yəmənin Ənsarullahı) narahatedici hərəkətlərini müzakirə etmişik.
Lakin bu danışıqlar husilərin davranışında heç bir ciddi dəyişiklik yaratmadı. Onlar bu şuranın tələblərinə məhəl qoymayıblar.

Onlar (Ənsarullah) dəniz hücumlarını dayandırmaq və Qalaksi Lider gəmisinin qanunsuz olaraq həbs edilmiş heyətini azad etmək üçün 2722 saylı Qətnamənin açıq tələblərinə məhəl qoymadılar. Onlar şuranın keçən dekabr və bu ayda mətbuata açıqlamalarından sonra davranışlarını dəyişmədilər.

Qrinfild dedi: Husilər İranın gəmi əleyhinə ballistik raketlərinin köməyi ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə və BƏƏ-nin konteyner gəmisinə hücumlarını davam etdirdilər. Onlar İsraili hədəf almağa davam edirlər.

Qafqaztimes

Al-alam

Related posts

İki zəhər

Burada xoşbəxt o şəxs sayılır ki, öləndə ağ parçaya bürünsün

Zamanı çatanda…