ABŞ hökumətinin Livan seçkilərinə ilk reaksiyası

QafqazTimes xəbər verir ki, ABŞ hökuməti Livanda keçirilən parlament seçkilərinə ilk reaksiyasında bəyan edib ki, Vaşinqton seçkilərin vaxtında və heç bir təhlükəsizlik insidenti yaşanmadan keçirilməsini alqışlayır.

ABŞ Dövlət Departamenti bu bəyanatda bildirib ki, seçkilərin vaxtında və hər hansı böyük təhlükəsizlik insidenti baş vermədən keçirilməsini yüksək qiymətləndiririk.

Bəyanatda həmçinin deyilir: “Biz Livan liderlərini Livan iqtisadiyyatını xilas etmək üçün qanunlar və islahatların qəbulu və həyata keçirilməsi üzrə öhdəliklərini yeniləməyə çağırırıq.”

Qeyd edək ki, bu seçkilər Livanda ağır iqtisadi böhrandan sonra ölkədə ilk dəfə keçirilən parlament seçkiləri oldu. Seçkilər bazar günü Livanın müxtəlif bölgələrində baş tutub.

Seçkilərin nəticələrinə görə meydana gələn yeni Livan parlamenti iki ildən artıqdır ki, ağır iqtisadi böhran içərisində olan Livana dəstək üçün Beynəlxalq Valyuta Fondunun ehtiyac duyduğu qanun layihələrinin və təcili islahatların qəbulunu öhdəsinə götürəcəkdir.

Ötən gecə Livanın daxili işlər naziri 15 seçki dairəsindən 7-də seçkilərin rəsmi və yekun nəticələrini açıqlasa da, digər dairələrdə səslərin hesablanması prosesi davam edir.

Related posts

İsrail dünyada sülh üçün 1 nömrəli təhlükədir!

Franklin: Yəhudilər…

Yəhudilər…