ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 hərbiçi ölüb

Qafqaztimes xəbər verir ki, Jerusalem Post-un məlumatına görə ABŞ Hərbi Dəniz Qüvvələri şənbə günü ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində itkin düşən 5 nəfərin öldüyünü açıqlayıb.

Helikopter ötən həftənin əvvəlində ABŞ-ın San Dieqo sahillərində qəzaya uğrayıb və xilasetmə işləri hələ də davam etdirilir.

Bu helikopterin MH-60S tibli helikopter olması bildirilir. Hərbi Dəniz Qüvvələrin son açıqlamasında belə deyilib: “İtkin düşmüş 5 hərbiçimizin hamısı bu qəzada həyatını itirib. Hərbi Dəniz Qüvvələrinin Üçüncü Donanması artıq cəsədlərin axtarışı əməliyyatına başlayib.”

San Dieqo sahillərində təxminən 60 dəniz mili məsafədə uçuş əməliyyatı keçirən zamanı USS Abraham Lincoln (CVN 72) gəmisində olan MH-60S vertolyotu 31 Avqust tarixində yerli vaxtla 16.30-da süquta uğramışdır.

Bundan öncə bir ABŞ rəsmisi bildirmişdi ki, xilasetmə qrupu, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus vertolyotun San Dieqoda qəzaya uğraması nəticəsində itkin düşən beş dənizçini hələ də axtarır.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya