ABŞ dövlət səviyyəsində təyyarə oğurluğu edib – FOTO

ABŞ Venesuela şirkətindən “Boeing 747-300M” təyyarəsini müsadirə etdiyini bildirib. Səbəb isə təyyarənin Birləşmiş Ştatlarda istehsal edilməsi və əvvəllər İran aviaşirkətinə məxsusluğu göstərilib.

Məlum olub ki, ABŞ tərəfi təyyarəni Argentinadan Floridaya gizlin şəkildə aparıb.

Venesuela bunu “rüsvayçı soyğunçuluq əməliyyatı” adlandırıb. Karakasdan vurğulanıb ki, təyyarə gizli şəkildə, radio rabitəsi söndürülərək ABŞ-yə aparılıb.

Venesuela Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, ABŞ və Argentina mülki aviasiya qaydalarını, həmçinin Venesuela şirkətinin kommersiya, mülki və siyasi hüquqlarını pozub. Bu hadisəyə cavab olaraq Venesuela güclü, birbaşa və mütənasib cavab vəd edib.

“Bu məqsədlə Karakas milli konstitusiya, diplomatiya və beynəlxalq hüquq çərçivəsində bütün mümkün vasitələrdən istifadə edəcək və təyyarənin qanuni sahibinə qaytarılmasına nail olacaq”, – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Venesuela şirkətinə məxsus təyyarə 2022-ci il iyunun əvvəlində yanacaq doldurmaq üçün eniş zamanı Argentinada saxlanılıb. Argentina hakimiyyəti Vaşinqtonun təkidi ilə təyyarəni həbs edib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya