Sionist rejim telekanalının İraq şiələrinin təqlid mərcəyi Ayətullah Sistaniyə etdiyi hörmətsizlikdən sonra bir amerikalı diplomat da bu məsələyə münasibət bilidirib.
Əl Aləm telekanalının məlumatına əsasən, Amerikanın İraqdakı keçmiş səfirinin müavini Robert Ford dünən gecə (13 oktyabr) Əl Horrə telekanalı ilə müsahibədə deyib: Mən İsrail televiziyasının Ayətullah Sistaniyə qarşı bu mövqeyindən təəccübləndim. Hətta mənim kimi bir neçə diplomat da bu məsələyə müsbət yanaşmadı.
Robert Ford həmçinin Vaşinqtonun bu barədə Tel Əvivə bir mesaj da verdiyini qeyd edərək deyib: Ağ Ev “Regionda hər hansı bir məqsədə çatmaq üçün ehtiyatlı rəftar etmək lazımdır” məzmunlu mesaj Tel Əvivə çatdırıldı.
Qeyd edək ki, sionist rejimin 14-cü telekanalı oktyabrın 10-da bir videosüjet yayaraq böyük təqlid müctəhidi Ayətullah Əl Üzma Seyid Sistaninin də öldürülməsinə çağırış edib. Videoda HƏMAS, Hizbullah və İrandan bir neçə hədəf alınmaqla yanaşı, Ayətullah Sistaninin də öldürülməsinə təşviq süjetləri yer alıb. Bundan sonra İraq rəsmiləri ilə yanaşı digər ölkə müsəlmanları buna etiraz edib.
Xatırladaq ki, Ayətullah Əl Üzma Seyid Sistaninin Livan xalqına hər tərəfli dəstək verilməsilə bağlı fətva kimi çağırışı həmçinin Seyid Nəsrullahın şəhadətilə bağlı bəyanatı İsrailin hiddətinə səbəb olub.