ABŞ dinc suriyalıları qətlə yetirib!

QafqazTimes.com AiF-ə istinadən xəbər verir: ABŞ Suriyaya dəvətsiz gəlib və qanuni Suriya hökuməti amerikalıları təcavüzkar sayır. Bundan əlavə, ABŞ-ın antiterror əməliyyatlarında dinc sakinlərin qətlə yetirilməsi baş verib. The New York Times xəbər verir ki, ABŞ-ın Talon Anvil qrupunin vəzifəsi İŞİD-ın mövqelərini təyin etmək olub. Qrup 2019-cu ilin sonlarına qədər Suriyada olub. Bu qrupun göstərişi ilə 112 min mərmi və raket atılıb. Amma Delta xüsusitəyinatlılarının Talon  Anvil hərbçiləri mövqelərin təyinində protokola əməl etmədiyindən dinc suriyalılar bomba və rajet zərbələrinə hədəf olub. Belə zərbələr zamanı onlarla qadın, uşaq, qoca həlak olub. Pentaqon bu qətlləri təsdiqləyir və qrup haqqında istintaq aparılır. Talon  Anvil-in verdiyi səhv koordinatlar əsasında təkcə 2017-ci ildə  «Predator» pilotsuzu Al-Karama şəhərciyini atəşə tutub və hadisədə 30-dan çox dinc sakin həlak olub. Amerikanın belə hadisələri etiraf etməsi, istintaq aparması özü də bir oyundur. Tez-tez təkrarlanan belə hadisələr səhv yox, məkrli cinayətdir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib