ABŞ-da yeniyetmə 15 ton ağırlığında maşın oğurladı (Video izlə)

ABŞ-ın Miçiqan ştatında 12 yaşlı məktəbli 15 ton ağırlığında iriqabaritli yükləyici avtomobili oğurlayıb.

Polis bir saatdan çox müddətdə 15-20 mil/saat (təxminən 24-32 km/saat) sürətlə yeniyetməni maşınla təqib edib. Bu əsnada yeniyetmə onlarla avtomobilə zərər vurub, lakin xəsarət alan olmayıb.

Maşın oğrusunu, nəhayət ki, tutmaq mümkün olub. Polis əməkdaşları onu nəzarətə götürüblər. Məlum olub ki, yükləyici avtomobil liseyin həyətində kilidsiz və nəzarətsiz vəziyyətdə, açarları isə kabinəsində olub. Buna görə də yeniyetmə oğlan maşını oğurlamaq qərarına gəlib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi