ABŞ-da təyyarədə qorxulu anlar anbaan qeydə alındı – VİDEO

ABŞ-da “Boeing”lə bağlı daha bir insident yaşanıb. Belə ki, “Southwest Airlines” şirkətinə məxsus təyyarə havada olarkən mühərriklə bağlı problem yaranıb.

Bu vaxt “Boeing 737”də 135 nəfər olub.

Baş verənlər sərnişinlərdən biri tərəfindən qeydə alınıb.

ABŞ Federal Aviasiya Administrasiyası xəbəri təsdiqləyib.

“Heyət uçuş zamanı mühərrikin korpusunun qopduğunu bildirib”, – deyə açıqlamada vurğulanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Təyyarə Denver Beynəlxalq Hava Limanına qayıdıb.

Yeri gəlmişkən, qeyd edək ki, bu, “Boeing”lə bağlı ilk belə hadisə deyil. Martın ortalarında ABŞ-ın “United Airlines” aviaşirkətinin “Boeing” sərnişin təyyarəsi havada olarkən örtük panelinin bir hissəsi qopub. San-Fransiskoda isə eyni aviaşirkətə məxsus təyyarə havaya qalxarkən təkəri qoparaq düşüb və park edilmiş bir neçə avtomobilə zərər vurub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi