ABŞ-da təyyarə qəzası: Ölənlər var – FOTO

ABŞ-ın Virciniya ştatında təyyarə qəzası nəticəsində dörd nəfər ölüb.

Məlumata görə, təyyarə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 23:00-da red.) Bat qraflığında İnqalls Fild hava limanının uçuş-enmə zolağının yaxınlığında qəzaya uğrayıb.

Hava limanı qəzada dörd nəfərin öldüyünü təsdiqləsə də, sağ qalanların olub-olmaması barədə əlavə məlumat verməyib.

Hadisə yerinə yerli fövqəladə hallar xidmətinin əməkdaşları gəliblər. Əyalət polisi və yanğından mühafizə xidməti hava limanında işləyir.

Qəzanın səbəbi məlum deyil. Hadisə Federal Aviasiya Administrasiyası və Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi tərəfindən araşdırılır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi