ABŞ-da təbii fəlakət: Evlər, maşınlar suda üzür, körpülər dağılır – FOTO/VİDEO

ABŞ-ın Arkanzas ştatında baş verən güclü daşqın binalara və infrastruktura ciddi ziyan vurub.

Bu barədə yerli hökumətdən xəbər verilib.

Məlumat zamanı vəziyyətin ciddi olduğu və təcili tədbirlər görüldüyü vurğulanıb. Təbii fəlakətin əsas səbəbi son günlərdə yağan aramsız yağışlar göstərilir.

Sosial şəbəkələrdə yayılan görüntülərdə maşınların suda üzdüyü, körpülərin dağıldığı görünür.

Yerli administrasiyadan 10-larla insanın təxliyə olunduğu vurğulanıb. Hələlik xəsarət alanlar və itkin düşənlər barədə məlumat yoxdur. Lakin maddi ziyanın miqyasının böyük olduğu vurğulanıb.

Qeyd edək ki, bir gün əvvəl Kanadanın Toronto şəhəri də təbii fəlakətin əsarətində olub. Güclü yağışlar nəticəsində şəhərin bir neçə rayonu su altında qalıb. Bununla bağlı paylaşılan kadrların birində məşhur reper Dreykin daşqından zərər görən malikanəsi əks olunub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi