ABŞ-da son 20 ilin ən güclü tayfunu tüğyan edir (Video izlə)

ABŞ-ın Quam adasında son 20 ilin ən güclü qasırğası – “Mawar” super tayfunu tüğyan edir.  Sosial şəbəkələrdə təbii fəlakətlə bağlı görüntülər paylaşılır. Kadrlarda evlərin damlarının uçması, ağacların kökündən çıxması, maşınların devrilməsi əks olunub.

Yerli sakinlərə beton binalara sığınmaq tapşırılıb. Adada ABŞ ordusunun üzvləri də daxil olmaqla 172 mindən çox amerikalı yaşayır.

Birgə Tayfun Xəbərdarlıq Mərkəzinin məlumatına görə, tayfunun episentrində küləyin sürəti saatda 225 km olub ki, bu da 4-cü kateqoriya qasırğasına bərabərdir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi