ABŞ-da Respublikaçılar arasında uçurum genişlənir

Amerikada müvəqqəti büdcə qanununun təsdiqlənməsindən sonra respublikaçılar arasında uçurum yaradıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, ABŞ respublikaçılar məclisinin sədri Mat Gaetz Mc.Kartinin vəzifədən kənarlaşdırma tələbini irəli sürüb.

Gaetz CNN-lə müsahibədə deyib: Bu həftə Kevin Mc.Kartinin sədrlikdən uzaqlaşdırma tələbi layihəsi Konqresə təqdim edildi və mənə elə gəlir ki, artıq bu yaranın üstünü açıb sağaltmaq və insanların etibar edə biləcəyi bir sədrin gəlməsinə ehtiyacımız var. Çünki hal-hazırda respublikaçıların Mc.Kartiyə qarşı olan niftərləri çox dərindir. Xüsusilə müvəqqəti büdcənin təsdiqlənməsindən sonra bu nifrət daha də çoxalıb.

Qeyd edək ki, dünən (1 oktyabr) ABŞ Prezidenti Cozef Bayden Senat (yuxarı palata) və Nümayəndələr Palatasının (aşağı palata) ardınca Ukraynaya yardımı ehtiva etməyən hökumətin maliyyələşdirilməsinin 45 gün müddətinə uzadılması layihəsini təsdiqləyib.

Xatırladaq ki, ABŞ-nin dövlət başçısının Ağ evin saytında dərc olunmuş bəyanatda deyilir: “Bu gecə Nümayəndələr Palatasında və Senatda iki partiyalı əksəriyyət milyonlarla zəhmətkeş amerikalıya lazımsız ağrılar gətirəcək gərəksiz böhranın qarşısını alaraq hökuməti açıq saxlamağın lehinə səs verib. Bu qanun layihəsi xidmətdə olan hərbçilərin maaş almağa davam edəcəyini, səyahət edənlərin hava limanında gecikmələrdən xilas olmasını, milyonlarla qadın və uşağın həyati vacib qida yardımına çıxışını davam etdirməsini və s. təmin edir. Bu, Amerika xalqı üçün yaxşı xəbərdir.

Amma aydınlıq gətirmək istəyirəm: biz heç vaxt bu vəziyyətə gəlib çıxmamalı idik. Cəmi bir neçə ay əvvəl spiker Mc.Kartiilə mən məhz bu cür süni şəkildə yaradılmış böhranı qabaqlamaq üçün büdcə razılaşması əldə etdik. Həftələr boyu Nümayəndələr Palatasının ifrat respublikaçıları milyonlarla amerikalı üçün dağıdıcı olacaq kəskin ixtisarlar tələb edərək bu razılaşmadan uzaqlaşmağa çalışıblar. Onlar uğursuzluğa düçar olublar.

Spiker və Konqresin böyük əksəriyyəti Ukraynanı dəstəkləməkdə qətiyyətli olsalar da, bu razılaşmada bu dəstəyi davam etdirmək üçün yeni maliyyələşdirmə yoxdur. Biz heç bir halda Amerikanın Ukraynaya dəstəyinin kəsilməsinə icazə verə bilmərik. Çox ümid edirəm ki, spiker Ukrayna xalqına sadiqliyini qoruyacaq və bu kritik anda Ukraynaya kömək etmək üçün lazım olan dəstəyi təmin edəcək”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib