ABŞ-da qandallanmış 85 yaşlı qadın oğrunu öldürdü – VIDEO

ABŞ-da əyləşdiyi oturacağa qandallanmış 85 yaşlı təqaüdçü evinə basqın edən qulduru öldürüb.

Kristina adlı qadın Aydahoda yaşayır. Soyğunçu gecə saatlarında onun evinə soxulub, qadını döyüb, çarpayıdan sürüyərək qaldırıb və qonaq otağındakı oturacağa qandallayıb.

Oğru evin ətrafında gəzişərək qiymətli əşyalar axtararkən qadın şkafa doğru sürünərək tapançasını götürməyə nail olub.

Quldur geri qayıdanda nənə atəş açıb. O, cəmi iki dəfə atəş açmaqla hədəfi vurub.

Cinayətkar cavab atəşi açmağa çalışıb və yaşlı qadını yaralayıb, lakin qanaxmadan özü ölüb. Qadın isə sağ qalıb və artıq sağalmaq üzrədir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi