ABŞ-da “qəbilə miqrasiyası” panikası – VİDEO

ABŞ-ın Meksika ilə sərhədini keçərək Texas ştatının İql Pass şəhərinə axışan 4 min miqrant çətin vəziyyətdə qalan şəhəri fövqəladə vəziyyət elan etməyə məcbur edib.

Sərhəd Patrul xidmətinin mənbələrindən verilən məlumata görə, bu miqrantlar son bir həftə ərzində təslim olmuş 7,5 minə yaxın digər miqrantlara qoşulublar. Gələn miqrantların sayı şəhər əhalisinin yarısına yaxındır.

Səlahiyyətlilər 2021-ci ilin sentyabrından, 15 min haitili miqrantın qonşu Texas ştatının Del Rio şəhərindəki körpünün altında düşərgə saldığı vaxtdan bəri ən böyük artım müşahidə olunduğunu bildiriblər. Həmin hadisə böyük humanitar böhrana səbəb olub.

Bələdiyyə sədri Rolando Salinas əsasən Venesueladan olan insan izdihamının sığınacaq axtaranların qəbul edildiyi “Mission Border Hope” sığınacağına hücum etdiyini söyləyib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi