ABŞ-da naməlum şəxs məktəbə silahlı basqın həyata keçirdi – VİDEO

ABŞ-ın Ayova ştatında məktəbdə atışma baş verib.

Bu barədə yerli polis idarəsinin nümayəndəsinə istinadən məlumat verilib.

Ən azı bir nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı qeyd edilib. Araşdırma üçün hadisə yerinə FTB agenti gəlib.

Sonradan məlum olub ki, məktəbdə atışma törədən şəxs ölüb.

Verilən məlumata görə, hücum edən şəxs çox güman ki, yerli tələbələrdən biri olub. Onun intihar etdiyi bildirilir.

Qeyd edək ki, hadisə 1700-ə yaxın şagirdin təhsil aldığı məktəbdə cümə axşamı 2024-cü ilin ilk dərs günü baş verib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi