ABŞ-da körpü üzərində 150-dən çox avtomobil toqquşdu – FOTO/VİDEO

ABŞ-ın Luiziana ştatının Nyu-Orlean şəhəri yaxınlığında ağır qəza baş verib.

Körpü üzərində 150-dən çox avtomobil toqquşub.

Qəza nəticəsində yeddi nəfər ölüb, 25 nəfər yaralanıb. Bu rəqəmlərin artacağı ehtimal edilir.

Nəqliyyat xidmətləri hələ də dağıntıların təmizlənməsini davam etdirir, kilidlənmiş avtomobillərdə insanların ola biləcəyi deyilir.

Qəza zamanı avtomobillərdən biri körpüdən çaya düşüb, lakin sürücü xilas ola bilib.

Kütləvi qəzanın od vurulmuş bataqlıqların yaratdığı güclü duman səbəbindən baş verdiyi, görmə məsafəsinin üç metr olduğu bildirilir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi