ABŞ-da jurnalisti öldürən azərbaycanlı Lotu Qulinin adamı imiş – FOTO

ABŞ-da İran dissidenti Məsih Əlinejadı qətlə yetirməkdə şübhəli bilinən Xalid Mehdiyev saxlanılıb.

Azərbaycan vətəndaşı olan 23 yaşlı X.Mehdiyevlə bağlı bəzi təfərrüatlar məlum olub.

Xalid Mehdiyevin kriminal aləmin üzvü olduğu məlum olub.

O, kriminal aləmdə “Əhmədli Xalid” kimi tanınır. Onun mərhum qanuni oğru “Lotu Quli” ləqəbli Nadir Səlifovun tərəfdarı olduğu bildirilir.

Yaşı az olmasına baxmayaraq, “Əhmədli Xalid” kriminal “razborka”larda iştirak edib və sifarişli cinayətlər törətdiyi qeyd edilir.

Həmçinin bildirilir ki, ABŞ polisi Xalid Mehdiyevin “Subaru Forester” markalı avtomobilindən “AK-47” avtomat silahı, patron darağı və 1000 dollar pul aşkarlayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın tanınmış hüquq müdafiəçisi və jurnalisti Məsih Əlinejadın həyatına qəsddə şübhəli bilinən Xalid Mehdiyevin fotosu dərc edilib. Məlumata görə, 23 yaşlı X.Mehdiyev iki dəfə hüquq müdafiəçisinin Bruklin ərazisindəki evində peyda olub. Müşahidə kameraları qurbanını izləyən şübhəli şəxsin görüntüsünü qeydə alıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi