ABŞ-da hind quşu bir şəhəri işıqsız qoyub

ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində Milad ərəfəsində vəhşi hind quşu elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Qeyd olunur ki, yerli elektrik enerjisi şirkəti problemi qısa zamanda aradan qaldırıb. Nəticədə şəhər sakinləri Milad bayramını işıq problemi olmadan qeyd edə biliblər.

Sakramentoda 4 248 bina və kommersiya obyektində elektrik enerjisi kəsilib.

“Naqillərdə hind quşu ilişib qalıb”, – deyə elektrik enerjisi təchizatı şirkətinin nümayəndəsi bildirib.

Buna baxmayaraq, şirkətin saytında şəhərin enerji təchizatında hər hansı bir fasilə barədə məlumat verilməyib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi