ABŞ-da fəlakət: 100-ə yaxın avtomobil toqquşdu, ölənlər var (Video izlə)

ABŞ-ın İllinoys ştatında qum fırtınası səbəbindən 100-ə yaxın avtomobil toqquşub. Nəticədə altı nəfər həlak olub, 30-dan çox insan yaralanıb.

Qəza magistral yolda baş verib. Polisin məlumatına görə, fırtına zamanı 40-60 avtomobil və 30-a yaxın yük maşını toqquşub, onlardan ikisi alovlanıb.

“Hazırda xəstəxanaya göndərilən 30-dan çox zərərçəkmiş haqqında məlumat daxil olub. Altı nəfər ölüb”, – deyə yerli polis bildirib. Yaralılar 2-80 yaş arası insanlardır.

Güclü külək nəticəsində əkin sahələrinin torpağının havaya sovrulması qum fırtınasına və qəzaya səbəb olub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi