ABŞ-da anomal istilər avtomobilləri əridir (Video izlə)

ABŞ-ın Arizona ştatında dəhşətli istilər müşahidə olunur.

Məlumata görə, bölgədə havanın temperaturu müsbət 50 dərəcəyə qədər qalxıb.

Qızmar günəş şüaları avtomobillərin bəzi hissələrini əridir. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, asfalt örtüyünün həddən artıq isinməsi küçə heyvanlarının pəncələrini yandırır.

Onları qorumaq üçün bəzi amerikalılar xüsusi “ayaqqabılar”ın hazırlanmasını təklif edirlər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi