ABŞ-da 81 milyard dollarlıq ticari böhrana səbəb olan körpü partladıldı – VİDEO

Baltimorda mart ayında konteyner gəmisinin çırpıldığı Frensis Skott Key körpüsü partladılıb. Əməliyyatı ABŞ ordusunun partlayıcı maddələr üzrə mütəxəssisləri həyata keçiriblər.

Bu addım batan gəminin qalıqlarını çıxarmaq üçün edilib.

Rəsmilər partlayışın planlaşdırıldığı kimi baş verdiyini bildiriblər.

“Bu, soğanı soymağa çox bənzəyir”, – deyə ABŞ Ordusu Mühəndislər Korpusunun nümayəndəsi bildirib.

O da qeyd olunub ki, 2028-ci ilin sonuna kimi yeni keçidin tikilməsi planlaşdırılır.

Xatırladaq ki, martın 26-da Sinqapurun “Dali” konteyner gəmisinin körpünün dayağına çırpılması nəticəsində infrastruktur uçub. Nəticədə onun üzərində olan avtomobillər suya düşüb, altı nəfər həlak olub.

O da bildirilir ki, uçan körpü ABŞ-də 81 milyard dollarlıq (137,7 milyard manat) ticarət böhranına səbəb olub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi