ABŞ-da 30 il ərzində cinayət materiallarının saxlanıldığı anbar tamamilə yandı (Video izlə)

Nyu-Yorkda polisin 20-30 il ərzində topladığı dəlil-sübut əşyaları idarənin anbarında baş verən güclü yanğın zamanı məhv olub.

Məlumatı Nyu-York şəhər administrasiyası da təsdiq edib.

Nyu-York şəhərinin yanğından mühafizə idarəsinin rəisi Con Hodjins bildirib ki, alovun qarşısını alan zaman üç yanğınsöndürən xəsarət alıb.

Digər xəsarət alanlar arasında üç nəfər tibb işçisi və iki mülki şəxs də var.

Hələlik yanğının hansı səbəbdən baş verdiyi məlum deyil, araşdırma aparılır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi