ABŞ-da 12 yaşlı uşaqlar zavodda işlədilir

Koreyalı avtomobil istehsalçısı “Hyundai” səhmdarlarına 2022-ci ildə uşaq əməyindən istifadə etdiyi aşkarlanan Alabamada (ABŞ) yerləşən avtomobil hissələri zavodundakı payından əl çəkəcəyini bildirib.

Birləşmiş Ştatlarda “Hyundai” təchizatçılarının əmək tələblərinə uyğunluq üzrə yoxlanışı 2022-ci ilin avqustunda müəssisələrdə azyaşlıların, o cümlədən 12 yaşlı uşaqların işlədiyinə dair araşdırmanın dərcindən sonra başlayıb.

Pozuntuların aşkar edildiyi tədarükçülərdən biri “Hyundai”ın 72% paya sahib olduğu törəmə şirkəti olub.

Avtoistehsalçı səhmdarlara ünvanladığı məktubda bildirib ki, hazırda yetkinlik yaşına çatmayanların işə götürülməsi ilə bağlı əmək qanunvericiliyinə tam əməl edir. Bir çox uşaq işçilər üçün işə qəbul agentlikləri tərəfindən saxta sənədlər təqdim edilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi