ABŞ-da evə girən ayının “səliqəli” oğurluğu hamını mat qoydu (Video izlə)

ABŞ-ın Konnektikut ştatında iri qara ayı evin pəncərəsini sındırıb və mətbəxə daxil olaraq soyuducudan yemək oğurlayıb.

Ev sahibinin mobil telefonuna mətbəxə naməlum şəxsin girdiyi barədə mesaj daxil olub və hadisədən bu yolla xəbər tutub.

Qara ayının soyuducuda eşələnməsi müşahidə kameralarına düşüb. Videogörüntülərdə ayının dondurucunun qapısını açıb oradan dondurulmuş toyuğu çıxardığı əks olunub.

“Evə heç bir ziyan dəyməyib, sadəcə, ayı it yemi ilə dolu bir kisəyə girib və evin hər yerində izlər, həmçinin onun tükləri qalıb” ,- deyə ev sahibi bildirib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi