ABŞ, Çin olimpiadası, diplomatik boykot…

QafqazTimes.com TASS-a istinadən xəbər verir: Vaşinqton 2022-ci il Çin Olimpiadasının diplomatik boykotuna hazırlaşır. Diplomatik boykot nədir? Bu aksiyada yalnız dövlət rəsmiləri qatılmır. Yəni Amerika idmançıları Çin Olimpiadasında iştirak edəcək.

Olimpiadada ABŞ rəsmilərinin iştirak etməməsi Bayden administrasiyasının qərarıdır. CNN bildirir ki, boykotun bu həftə elan ediləcəyi gözlənilir. Bu günə qədər Bayden jurnalistlərin bu barədə suallarından yayınıb. Bu il may ayında ABŞ Konqresinin nümayəndələr palatasının spikeri Nensi Pelosi dünya birliyini Çin Olimpiadasını boykot etməyə çağırıb. Pelosi ölkə başçılarını Çində tədbirə qatılmamağa dəvət edib. Səbəb, bəlkə də bəhan Sinszyan-Uyğur rayonunda kütləvi repressiyadır. Pekin bu ittihamları rədd edir.

XXIV qış Olimpiadası 2022-ci il 4-20 fevralda Pekində keçirilməlidir.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya