ABŞ cəmiyyətində böhran: Silah ustası 22 nəfəri öldürdü – FOTO/VİDEO

ABŞ-da dəhşətli cinayəti törədən şəxs silah ustası olub.

Men ştatının polisi Robert Kardı Lyuiston şəhərində 22 nəfəri öldürməkdə, 60 şəxsi yaralamaqda təqsirləndirsə də, onu şübhəli şəxs qismində tanımağa hələ hazır olmadığın açıqlayıb.

Birləşmiş Ştatlar KİV-ləri isə R. Kartın silah ustası olduğunu və psixi sağlamlıq problemlərindən əziyyət çəkdiyini yazır.

Digər bir məqam isə odur ki, Robert Kard əvvəllər buna bənzər cinayətə əl atacağı ilə bağlı təhdidləri dilinə gətirib.

09:29

ABŞ-ın Men ştatının Luisvil şəhərində atışma nəticəsində 22 nəfər həlak olub, 60-dək insan yaralanıb.

“Fox News” telekanalının məlumatına görə, restoran, mağaza və əyləncə mərkəzində cani insanlara atəş açıb.

Polis atəş açan şəxsin kimliyini təsbit edib. Bu, 40 yaşlı Robert Kard adlı şəxsdir. Onun hələ də ələ keçmədiyi bildirilir.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən terror aktı kimi qiymətləndirilməyib.

ABŞ Prezidenti Co Baydenə vəziyyət barədə məlumat çatdırılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi